Nəzrin Hüseynzadə
1999-cu ildə anadan olub. UNEC Biznes Məktəbi MBA proqramının 2-ci kurs tələbəsidir. Biznesin təşkili və idarə edilməsi, insan resurslarının idarə olunması üzrə bir sıra yerli və beynəlxalq sertifikat proqramlarının iştirakçısı olub.
İnsan resursları və performansın idarə edilməsi üzrə müxtəlif tədqiqat işlərinin və məqalələrin müəllifidir. Hal – hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş Ofisinin İnsan Resursları Departamentində Layihələrdə yerli kadr təminatı şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır.