İnsan Resurslarının Marketinqi

80.00 TL

Kategorilere gitmek için etiketlere tıklayın

ÖNSÖZ

Hər bir şirkət özünü bazarda mövqeləndirmək üçün öz brendindən istifadə etdiyi kimi, İnsan Resursları (İR) Menecmenti funksiyasının xidmətlərinin də həm şirkət daxilində, həm də əmək bazarında təşviqinə ehtiyac var. İR Marketinqi olmadan İR Menecmenti funksiyası bazarda görünməyəcək və müştərilər İR sahəsində ən son inkişaf və nailiyyətlər haqqında məlumat çatışmazlığından narazı qalacaqlar. İR Marketinqi üçün İR işçilərindən fərqli səriştəlilik dəstləri tələb olunur. Hazırda İR sahəsində çalışanlar daha çox nəticələrə və məqsədlərə nail olunmasına fokuslanırlar, lakin nəticələrin təşviqini tamamilə unudurlar.

Online-Özeti-Oku Basılı-olarak-satın-al
D-&-R-Logo İdefix-Logo

İR Marketinqi işçiləri şirkətə elan ediləcək vacib məqamları müəyyənləşdirə bilirlər və İR Menecmenti funksiyası, onun xidmətləri və prosedurları haqqında daha yaxşı bilik və məlumat yaranmasına kömək edirlər. Əgər şirkət seçilən və arzuolunan işəgötürən olmağı hədəfləyirsə, İR Marketinqi bu müvəffəqiyyət formulunun vacib elementidir. Uğur təkcə əldə olunan nəticələrlə ölçülmür. İR Menecmenti funksiyasının uğuru nəticələrin və onların görünənliyinin qarışığıdır. Hətta bəzi şirkətlər bazarda görünən olmanı "real" nəticələrdən daha vacib hesab edir.

 

Mündəricat

  • İnsan Resurslarının Marketinqinin əsas prinsipləri
  • Daxili kommunikasiya vasitələri
  • İnsan Resurslarının Marketinqi və müsbət işəgötürən brendi
  • Karyera sərgiləri effektiv İnsan Resursları Marketinqi aləti kimi
  • İnsan Resursları hesabatları İnsan Resursları Marketinqi aləti kimi
  • İnsan Resursları və sosial media
  • İnsan Resurslarının sosial media strategiyası
  • İnsan Resurslarının sosial media auditi
  • İnsan Resurslarının sosial media strategiyasının inkişafına digər funksiyaları necə daxil etmək olar?
  • İnsan Resurslarının sosial media strategiyası niyə vacibdir?
  • Sosial media xərcləri
  • İnsan Resurslarının sosial media marketinqi
  • İnsan Resursları üçün sosial medianın faydaları
  • Ümumi İnsan Resursları sosial media mövzuları
  • İnsan Resurslarının görünənliyi
  • İnsan Resurslarının qamifikasiyası

Okuyucu Yorumları

Henüz yorum yazılmamış Sizde bir yorum yazın

Benzer Ürünler